Interposta.Info

Göyçayda müəmmalı hadisələr: bir direktor öldü, biri ağr vəziyyətdədir

Manşet / Ölkə
 22-12-2017, 10:33     10 513

Göyçayda eyni gündə daha bir məktəb direktoru ilə bağlı dəhşətli hadisə qeydə alınıb.

"XeberBiz" xəbər verirb ki, Yenicag.az-ın məlumatına görə, Çayarxı kənd ümumi məktəbinin direktoru Şamilov Mübariz Müzəffər oğlunun da ürəyi tutub. Müayinə üçün Bakıya aparılan direktor orada keçinib.


***
09.35

"XeberBiz" APA-ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saat 21:30 radələrində Göyçay şəhərinin Heydər Əliyev prospektində yerləşən 9 saylı orta məktəbin qarşısında baş verib. Rayon sakini, 1961-ci il təvəllüdlü Qəribov Akif Mövsüm oğlu rəhbərlik etdiyi şəhər 9 saylı orta məktəbin qarşısında qolunun şah damarını kəsərək intihara cəhd edib. Çoxlu qan axması səbəbindən huşunu itirərək yerə yıxılan Akif Qəribov təcili yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb. Təcili əməliyyat olunan direktorun hazırda vəziyyəti ağır olaraq qalır.

Rayon sakinlərinin məlumatına görə, uzun illərdir ki, məktəb direktoru işləyən Akif Qəribov ondan yüksək məbləğdə pul tələb olunduğu üçün və pulu verə bilmədiyinə görə özünə qəsd edib.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

interposta.info


Göyçayda müəmmalı hadisələr: bir direktor öldü, biri ağr vəziyyətdədir

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26