Interposta.Info

İntihar edən direktordan nə qədər pul tələb olunub?

Ölkə
 22-12-2017, 12:42     10 309

Göyçay rayonu 9 saylı məktəbin direktoru Akif Qəribovun intihar məqsədilə damarlarını doğraması ilə bağlı bəzi məqamlar məlum olub.

Qaynarinfo xəbər verir ki, hüquq müdafiəçisi Taleh Xasməmmədov "Facebook" səhifəsində paylaşdığı məlumatda bildirib ki, intihara cəhd edən direktordan 20 min manat pul tələb edilib. Tələb edilən pulu verməyəcəyi təqdirdə isə ərizə yazaraq işdən çıxarılacağı bildirilib.

Hüquq müdafiəçisinin sözlərinə görə, həmin gün Göyçay rayonunun Çayarxı kəndində də anoloji hal yaşanıb. Belə ki, həmin gün Çayarxı kənd ümumi məktəbinin direktoru Mübariz Şamilovdan da küllli miqdarda pul tələb edilib. Bu tələb 50 yaşlı direktorun infarkt keçirməsi ilə nəticələnib. Vəziyyəti pisləşən direktor müayinə üçün Bakıya gətirilib. Lakin Bakıda vəfat edib.

Qeyd edək ki, Göyçay rayonunda məktəb direktoru intihara cəhd edib. APA-nın xəbərinə görə, hadisə dünən axşam saat 21:30 radələrində Göyçay şəhərinin Heydər Əliyev prospektində yerləşən 9 saylı orta məktəbin qarşısında baş verib. Rayon sakini, 1961-ci il təvəllüdlü Qəribov Akif Mövsüm oğlu rəhbərlik etdiyi şəhər 9 saylı orta məktəbin qarşısında qolunun şah damarını kəsərək intihara cəhd edib. Rayon sakinlərinin məlumatına görə, uzun illərdir ki, məktəb direktoru işləyən Akif Qəribov ondan yüksək məbləğdə pul tələb olunduğu üçün və pulu verə bilmədiyinə görə özünə qəsd edib.


interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26