Xəzər rayon Qaz İstismar İdarəsi hər bir köçkündən 300 manat ŞİRNİLİK istəyir – VİDEO+FOTO
Məcburi köçkünlər iddiya edirlər ki, Xəzər rayon Qaz İstismar İdarəsi hər bir məcburi köçkündən 300 manat şirnilik istəyir.
interposta.info müraciət edən köçkünlər çıxılmaz durumda olduqlarını bildirirlər.
Şikayətçilərin sözlərinə görə Xəzər rayon Qaz İstismar İdarəsinin satış üzürə rəisi Emil Seyidov məcburi köçkünlərin, köçkün kimi, qeydiyatda olduqlarıın təsdiq edən arayışı qəbul etmir və deyir ki, arayışın şirniliyi olmalıdır. Onlar bildirirlər ki, şirinlik vermədiyimizə görə (yəni 300 manat pul) sayğaclaşdırma aparılmadı və qaynaqla (sıvarka) qaz xətdi kəsildi.
Bakı şəhər Xəzər rayon Hacı Zeynalabdin Tağıyev adına Neft Qaz Çıxarma İdarəsinin ərazisində müvəqqəti məskunlaşan köçkünlərə 2013-cü ildə verilmiş qazın lahiə sənədi olmasına baxmayaraq qaz idarəsi bu sənədə məhəl qoymadan mavi qazın verilişin dayandırmışdır.
Köçkünlər, onuda bildirirlər ki, qarşıdan qız ayı gəldiyinə görə nəmişdik, rütubət daha çox olacaq və istiliyimizin olmaması bizim yaşayışımızı, dahada çətinləşdirəcək.
Daha, ətraflısı interposta.info-ın təqdim etdiyi video müraciətdə:
Məcburi Köçkünlərin kommunal şərayitinin yaxşılaşdırılması üçün, Azərbaycan Respubilkası Nazirlər kabinetinin QƏRARIN Xəzər rayon Qaz İstismar İdarəsinin rəhbərliyinə və digər əməkdaşlarına yenədə xatırladmaq isdəyirik!
Qarşı tərəf olaraq Xəzər rayon Qaz İstismar İdarəsi ilə əlaqə saxlamaq istəsək də, mümkün olmadı. Buna səbəb portallara yerləşdirilən əlaqə nömürəsinin işləməməsidir!
1 Xəzər Rayon Qaz İstismar İdarəsinin əlaqə nömürəsi
2 Xəzər Rayon Qaz İstismar İdarəsinin əlaqə nömürəsi
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26