Interposta.Info

“Test üsulunun ləğvi korrupsiyanın genişlənməsinə hesablanıb”

Manşet
 24-08-2017, 13:35     10 100

Bunu müstəqil ekspert Mehriban Saqdıqova Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin test üsulunun ləğv ediləcəyi fikrinə münasibətində açıqlayıb.

interposta.info xəbər verir ki, M.Sadıqova qeyd edib ki, yenidən müstəqillik əldə ediləndən sonra bir çox sahələrdə olduğu kimi Azərbaycan təhsil sistemində də islahatlar aparıldı. Ən böyük və yadda qalan, hələ də alternativi olmayan formalardan biri test üsuludur ki, təkmilləşdirilir, amma forması dəyişilməyib, olduğu kimi saxlanılıb. Tətbiq edilən digər forma, yenilik və üsullar isə müvəqqəti xarakter daşıdı, mənfi cəhətləri müsbət çəhətlərindən çox olduğundan, ictimaiyyət arasında narazılıqlarla qarşılandı, nəticədə bəzilə sıradan çıxdı, özünü doğrultmadı: “1992-ci ildə təhsil sistemində ilk islahat test üsulunun tətbiqi oldu. Birinci mərhələdə bakalavr, ikinci mərhələdə magistratura təhsil sistemi idi ki, ilk dəfə olaraq Azərbaycanda təhsildə yenilik etdi. Mənə elə gəlir ki, bu düzgün addım idi və hələ bu vaxta qədər bu üsula alternativ tapılmayıb. Baxmayaraq ki, bu gün test üsuluna qarşı tənqidi və müsbət fikirlər də söylənilir. Amma müsbət fikirlər mənfi fikirləri üstələdiyindən test üsulunun cəmiyyətin bütün təbəqələrinin maraqlarına xidmət etdiyini demək olar. Ümumiyyətlə, heç bir sistem ideal deyil, müsbət və mənfi tərəfləri mövcuddur. Test üsuluna alternativ üsul tətbiq edilməyib, amma təkmilləşdirmə aparılıb. 1992-93-cü illərdən bu müddətə qədər müxtəlif formalarda test üsulu təkmilləşdirilib. Təkmilləşdirildikcə daha məqsədəuyğun formaların aşkarlanması üzə çıxarılır. Hələ ki test üsulu bir optimal variant kimi qəbul edilməkdədir”.

M.Sadıqova Azərbsaycanda tətbiq edilən Kurikulum təlim prosesinin isə ümidləri doğrultmadığını deyib: “Bununla bağlı yeni kitablar, əlavə iş dəftərləri tətbiq etdilər, şagirdlər həddən artıq yükləndi, valideynlər narazılıq etdilər. Dərk olundu ki, dünya təcrübəsindfən götürülən kurikulum sistemi tam formada əhali, şagirdlər tərəfindən qəbul olunmadı. Çünki informatika sisteminin mövcud olduğu bir dönəmdə əlavə tədris vasitələrinin nəşri, onların şagirdlərə yüklənməsi müsbət nəticələr verməzdi. Nəticədə onların bir çoxundan imtina edildi. Bundan başqa DİM-nin iki mərhələdən ibarət imtahan prosesinin keçirilməsi də düzgün addım deyil. Birinci və ikinci imtahan mərhələsində məzunlar pul ödəyirlər, hər dəfə 40 manat. Burada əsas problem odur ki, Təhsil Nazirliyi tərəfindən tədris proqramı mövcuddur, dərs nə vaxt başlayır, nə zaman bitir. Bu proqrama uyğun olaraq bütün məktəblərdə tədris ili yekunlaşmalıdır, birinci, ikinci rüblüklər çıxarılır, yekun qiymətlər yazılır və s. Yəni proqram dəyişmir. Təhsil naizrinin qərarı ilə tam orta məktəblərdə tədris iyunun 15-də başa çatdırılır. Amma birinci mərhələli imtahan iki ay əvvəl keçirildi və bütün fənlərin dərs proqramını mənimsəməyən, dərsləri tam mənimsəməyən şagird imtahana düşən test suallarını cavablandıra bildilərmi? Bəs sınaq imtahanıları nəyə və niyə keçirilirdi?”.

Ekspert sonda bildirib ki, təhsil sistemi Azərbaycanda iflic olub. Müxtəlif sınaq üsullarının tətbiqi bu sistemə xeyirdən çox ziyan vurub:
“İndi test üsulunun lğəvi gündəmə çıxarılıb. Bu da istedadlı və savadlı abituriyentlərin yolunu kəsmək, Azərbaycanda korrupsiyanın inkişafını sürətləndirmək demək olacaq. Hər bir təcrübə, forma və üsul reallığa uyğunlaşdırılıb tətbiq edilməlidir. Təəssüflər olsun ki, təhsil sistemində də bəzi üsulların tətbiqi gözlənilən nəticəni vermir. Zərbə isə şagirdlərə, onların valideynlərinə, bütünlükdə ictimaiyyətə dəyir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26