Interposta.Info

Qəbul imtahanında test üsulu ləğv olunsunmu?

Ölkə
 25-08-2017, 19:37     10 393

On günlər ali məktəblərə qəbul imtahanlarının test üsulu ilə keçirilməsinin ləğv ediləcəyi ilə bağlı xəbərlərin yayılması cəmiyyətdə narahatlıq doğurub.

Qeyd edək ki, bu barədə Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə açıqlama verib. O bildirib ki, iki il sonra keçiriləcək buraxılış və qəbul imtahanlarında dəyişikliklər edilməsi nəzərdə tutulub”.

M.Abbaszadə vurğulayıb ki, hazırda Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi yeni imtahan modelləri üzərində müzakirələr aparır: “Yeni modellər düşünmüşük. Dəyişiklikləri, qərarlaşdırdığımız modeli sentyabr ayında ictimaiyyətə təqdim etməyi düşünürük. Hazırda ekspert və mütəxəssislər bu istiqamətdə işləri davam etdirir”.

Bu dəyişikliyin əleyhinə olanlar isə test üsulunun ləğvindən sonra ali məktəblərə qəbul prosesində rüşvət və korrupsiyanın baş alıb gedəcəyindən narahatdırlar. Çünki yeni tapılacaq metod buna şərait yarada bilər.

Bəs görəsən, sadə insanlar test üsulunun ləğvi ilə bağlı nə düşünürlər? Onlar ali məktəblərə qəbul prosesində yeni metodların tətbiq edilməsinin tərəfdarıdırlarmı?


Musavat.com bu suala cavab tapmaq üçün paytaxt sakinləri arasında sorğu keçirib. Respondentlər bu dəyişiklikdən narahat olduqlarını bildiriblər.

Daha ətraflı təqdim etdiyimiz videosorğudan izləyə bilərsiniz.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26