Interposta.Info

Azərbaycan nefti neçəyə satılır?

İqtisadiyyat
 27-09-2024, 11:42     51 214


Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb.

"İnterPosta" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,51 ABŞ dolları və ya 3,2% azalaraq 75,43 ABŞ dollarına bərabər olub.

Hərracların nəticələrinə görə, "Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 71,6 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26