Interposta.Info

Sahib Məmmədov nazir müavini vəzifəsindən getdi

İqtisadiyyat
 28-08-2024, 09:52     28 646

Sahib Məmmədov iqtisadiyyat nazirinin müavini vəzifəsindən ayrılıb.

Bu barədə "İnterPosta"ya İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Beləliklə, iqtisadiyyat nazirinin müavinlərinin sayı 5-ə düşüb.

Sahib Məmmədov bir neçə gün əvvəl Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilib.

Qeyd edək ki, Sahib Məmmədov 2004–2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini və Davamlı inkişaf və regional siyasət şöbəsinin müdiri vəzifələrində işləyib. 2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri vəzifəsində işləyib. Azərbaycan Respublikası Prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 13 may 2020-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsinin müvəqqəti icraçısı təyin olunub.

Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin müavini təyin edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26