Interposta.Info

Prezident Sahib Məmmədovu həmsədr təyin etdi

Siyasət / Manşet
 28-02-2022, 17:26     388

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 13 may tarixli 1502 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

"İnterPosta" xəbər verir ki, sərəncama əsasən, Rövşən Nəcəf komissiyanın həmsədri vəzifəsindən azad edilib. Onun yerinə İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov təyin olunub.

Qeyd edək ki, Rövşən Nəcəf 2022-ci il 10 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti və SOCAR-ın prezidenti vəzifəsinin müvəqqəti icraçısı təyin edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26