Interposta.Info

Prezident Şahin Mustafayevə daha iki vəzifə verdi

Siyasət
 1-11-2019, 18:19     10 249

Prezident İlham Əliyev "Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 fevral tarixli 1993 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə və "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 avqust tarixli 1638 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

"İnterPosta.info" xəbər verir ki, hər iki Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilib:

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan Respublikası tərəfindən yeni tərkibi

Komissiyanın həmsədri
Şahin Mustafayev - Azərbaycan Respublikası Baş nazirinin müavini

Komissiyanın üzvləri
Azərbaycan Respublikasının energetika naziri
Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti
Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru
"Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri
"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti
Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının tərkibi

Komissiyanın sədri
Şahin Mustafayev - Azərbaycan Respublikası Baş nazirinin müavini

Komissiyanın üzvləri
Azərbaycan Respublikasının energetika naziri
Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası təhsil nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri
"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru
"Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti
Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26