Interposta.Info

Fəaliyyəti olmayan şirkət Cəbrayılda otel tikəcək? (TƏFƏRRÜAT)

İqtisadiyyat
 6-08-2024, 18:50     27 338

İşğaldan azad olunan Cəbrayıl rayonu ərazisində yaradılan "Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidentlərinin sayı 12-yə çatıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı İqtisadi Zonaların İnkişafı Agentliyi açıqlayıb.

Məlumatda bildirilir ki, "Xanbulaq” MMC-yə "Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib. Şirkət tərəfindən Sənaye Parkının 2,5 hektar ərazisində 40 otaqlı otelin və 100 nəfərlik restoranın tikintisi nəzərdə tutulur. İnvestisiya dəyəri 7 milyon manat olan layihə çərçivəsində 60 nəfərin işlə təmin edilməsi planlaşdırılır.

Məlumat üçün bildirək ki, nizamnamə kapitalı cəmi 4 manat olan "Xanbulaq” MMC 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Lənkəran rayonu, Bürcəli kəndində yerləşən MMC-nin qanuni təmsilçisi Məmmədov Cavid Kazım oğludur. Dövlət Vergi Xidmətinin reyester məlumatlarında "Xanbulaq” MMC-nin qeyri-aktiv vergi ödəyicisi olduğu göstərilir.

Onu da qeyd edək ki, açıq internet resurslarda "Xanbulaq” MMC barəsində heç bir məlumat mövcud deyil.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26