Interposta.Info

Rusiya şəkər ixracını dayandırdı
 

İqtisadiyyat
 4-05-2024, 09:17     39 188

Rusiya hökuməti şəkər ixracını müvəqqəti dayandırıb.

APA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin "Telegram" kanalında məlumat verilib.

Hökumət bu qərarı daxili ərzaq bazarının sabitliyini qorumaq məqsədi daşıdığını bildirib.

Məhdudiyyət bu il avqustun 31-dək qüvvədədir.

Ətraflı

Eyni zamanda, Avrasiya İqtisadi Birliyinin (Aİİ) dörd ölkəsinə məhdud səviyyədə ixraca icazə veriləcək:

Ermənistan 28 min ton;

Belarus 5 min ton;

Qazaxıstan 120 min ton;

Qırğızıstan 28,5 min ton.

Xatırladaq ki, aprel ayında Rusiya hökuməti 2024-cü ildə taxıl ixracı üçün 5 milyon ton həcmində əlavə tarif kvotasını təsdiqləyib. Bu qərar iyunun 30-dək qüvvədəolacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26