Interposta.Info

Tayvan Rusiya və Belarusa çip ixracına qadağa qoyub

Dünya
 2-06-2022, 15:20     330


Tayvan hakimiyyəti Ukraynaya hərbi təcavüz səbəbindən Rusiya və Belarusa müasir çiplərin ixracını qadağan edib.

AZƏRTAC Ukrinform informasiya agentliyinə istinadla xəbər verir ki, bu həftə Tayvanın İqtisadiyyat Nazirliyi Rusiyaya ixracı qadağan olunan yüksək texnologiya məhsullarının siyahısını dərc edib. Rusiyanın sanksiyalardan yayınmaması üçün analoji məhdudiyyətlər Belarusa da tətbiq olunacaq. Bundan başqa onlara çip istehsalı üçün avadanlıqlar da satmayacaq.

Aprel ayında Tayvan hakimiyyəti istehsalat, telekommunikasiya və hərbi sənaye sektorları üçün lazım olan yüksək texnologiya məhsullarının Rusiyaya ixracını qadağan edib.

Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayıb. Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir çox digər ölkələri bu səbəbdən Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26