Interposta.Info

Britaniyanın sanksiya açıqlaması Rusiyanı diksindirdi: “Açıq-aydın hücum...”

Dünya
 31-01-2022, 19:06     361

Böyük Britaniyanın xarici işlər naziri Liz Trussun Rusiya şirkətlərinə qarşı mümkün sanksiyalarla bağlı açıqlamaları biznesə qarşı açıq-aydın hücumdur.

Qaynarinfo TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Sanksiyalar qanuni və BMT Təhlükəsizlik Şurasının qərarı ilə rəsmiləşdirilmiş bir şeydir. Bu halda söhbət biznesə açıq-aydın hücumdan gedir”, - deyə o bildirib.

Onun sözlərinə görə, Rusiya lazım gələrsə, öz maraqlarını əsas götürərək, öz cavabını verəcək.

Peskov əlavə edib ki, Britaniya Xarici İşlər Nazirliyinin Rusiyaya qarşı mümkün sanksiyalarla bağlı bəyanatları Londonun gözlənilməzliyini nümayiş etdirir.
"Bu, London tərəfdən çox narahatedici bəyanatdır, məncə, təkcə bizim üçün deyil, şirkətlərimiz üçün də narahatedicidir. Bu, Londonun kifayət qədər gözlənilməzliyini nümayiş etdirir və ola bilsin ki, bu, ümumilikdə beynəlxalq maliyyə strukturları və biznes strukturları üçün ciddi narahatlığa səbəb ola bilər”, - o əlavə edib.

Bundan əvvəl "The Times” Britaniya hökumətindəki mənbələrə istinadən xəbər vermişdi ki, Britaniya hakimiyyəti Rusiya Federasiyasının Ukraynaya "işğal” edəcəyi təqdirdə Rusiyanın enerji şirkətlərinə qarşı sanksiyalar tətbiq edə bilər.

Mənbələrin sözlərinə görə, sanksiyalar iqtisadiyyatın digər sahələrinə də təsir edə bilər. Britaniya hakimiyyəti Rusiya üçün "strateji əhəmiyyət kəsb edən” insanların və təşkilatların aktivlərinin dondurulacağı planını hazırlayır. Bundan əlavə, bu siyahıya düşən şəxslərin Britaniya ərazisinə girişi qadağan olunacaq. Sanksiyalarla bağlı sənəd layihəsinin yanvarın 31-də parlament üzvlərinə təqdim ediləcəyi gözlənilir.

Son zamanlar Qərb ölkələrində, eləcə də Kiyevdə Rusiyanın Ukraynaya mümkün işğalı ilə bağlı bəyanatlar səslənir. Moskvada isə bu məlumat təkzib edilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26