Interposta.Info

Kremldən kürd muxtariyyəti açıqlaması: Mümkün deyil

Dünya
 20-03-2017, 19:29     558

Suriyalı tərəflər kürd muxtariyyəti məsələsini müzakirə etməyənə qədər bu barədə danışılmayacaq.

Axar.az xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib.

“Suriyada siyasi həll prosesi ilə bağlı bir çox təkliflər verildi. Lakin görüşlərdə ortaq fikir yoxdur. Yəni proses çox ləng inkişaf edir. Qısacası, razılıq əldə olunmamış məsələlər barədə danışmağım mümkün deyil”, - Rusiya rəsmisi əlavə edib.

Qeyd edək ki, rusiyalı deputat Leonid Slutski Suriyada avtonom bölgələr yaradılmadan konfliktin həll edilə bilməyəcəyini vurğulamışdı.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26