Interposta.Info

Azərbaycanda ən çox satılan lüks avtomobillər məlum olub

İqtisadiyyat
 25-12-2023, 19:06     26 293

2023-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda rəsmi dilerlər vasitəsilə lüks avtomobil brendləri üzrə satışların həcmi məlum olub.

Valyuta.az-ın əldə etdiyi məlumata görə, 6 marka üzrə yeni modellərin satışlarının ümumi sayı 2580 ədəd təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 78% çoxdur. 2022-ci ilk doqquz ayında bu rəqəm 1452 ədəd təşkil edib.

023-cü ilin yanvar-sentyabr aylarında Yaponiya markası "Lexus” Azərbaycanda yeni modellərin satış həcminə görə lider olub - 824 ədəd. Markanın satışları son bir ildə 2,2 dəfə artıb.

Siyahıda ikinci olan BMW-nin satışları 2,6 dəfə artaraq 664 ədədə yüksəlib. "Mercedes” isə bu ilin ilk doqquz ayında 504 ədəd satışla bazar üzrə üçüncü (19,5% bazar payı) olub. Markanın satışları ötən ilin eyni dövrünə nisbətən 29% artıb.

Bu dövrdə "Land Rover”in satışları 2 dəfə artaraq 326-ya, "Porsche”nin satışları isə 42% artaraq 112 ədədə çatıb.

Lüks markalar sırasında Azərbaycanda yalnız yeni "Audi” avtomobillərinin satışları azalıb.
Son bir ildə markanın satışları 20% azalaraq 150-yə enib. Belə ki, 2022-ci ilin eyni dövründə marka üzrə 187 ədəd avtomobil satılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26