Azərbaycanda 10 ayda dövlət xətti ilə 416 milyon manat ipoteka krediti verilib
Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,2% çoxdur.
Hesabat dövründə fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 23,8% artaraq 396,4 milyon manat olub.
İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 16,4% artaraq 320 milyon manata çatıb, fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 8% azalaraq 87,6 milyon manata düşüb.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26