Interposta.Info

Azərbaycanda məşhur şirkət müflis oldu

İqtisadiyyat
 23-11-2023, 09:37     21 525


Azərbaycanda məşhur şirkət müflis olub.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, "Rəvan-Turan" MMC müflis elan olunması ilə əlaqədar Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edib.

Məhkəmə baxışı dekabrın 1-nə təyin olunub.

Debitor və kreditorlar Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilərlər.

Qeyd edək ki, "Rəvan-Turan" 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Elşən İsmayılovdur. 2019-cu ildə "Rəvan-Turan" MMC təşkilati-hüquqi formasını dəyişərək kənd təsərrüfatı istehsal-istehlak kooperativinə çevrilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26