Interposta.Info

Azərbaycanda alimentin məbləği artırılacaq

İqtisadiyyat
 2-11-2023, 15:04     21 978

2024-cü ilin yanvarın 1-dən etibarən Azərbaycanda uşaqlar üçün yaşayış minimumu 235 manat olacaq.

"İnterPosta" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında qeyd edilib.

Bildirilir ki, "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu” haqqında Qanununa əsasən, gələn il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən bir çox hallarda (əsasən valideynin rəsmi iş yeri olmadıqda və ya gəliri qeyri-müntəzəm olduqda) məhkəmə valideyndən uşaqların saxlanılması üçün sabit məbləğdə aliment tuturakən "Azərbaycan Respublikasında yaşayış minimumu” haqqında Qanuna əsaslanır.

2023-cü ildə Azərbaycanda uşaqlar üçün yaşayış minimumu 220 manat olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26