Interposta.Info

“Azeri Light” ucuzlaşıb

İqtisadiyyat
 7-10-2023, 12:52     250

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşmaqda davam edir.

"İnterPosta" xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti bir öncəki günlə müqayisədə 0,25 dollar və ya 0,27% azalaraq 91,23 ABŞ dollarına enib. Ötən gün isə Azərbaycan nefti 91,48 dollara ticarət edilib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26