Buğda, düyü və qarğıdalı idxalında artım olub
Yanvar-sentyabr aylarında 668,3 min ton buğda idxal edilib.
"İnterPosta" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, idxal edilən buğdanın dəyəri 183,5 milyon dollar olub. 2022-ci ilin eyni dövründə məbləği 193,4 milyon dollar olmaqla 539,3 min ton buğda idxal edilib.
Hesabat dövründə düyü idxalı artıb. Belə ki, yanvar-avqust aylarında dəyəri 36,7 milyon dollar olan 41 min ton düyü idxal edilib. Ötən ilin eyni dövründə 40,7 min ton düyü idxalı həyata keçirilib. İdxal edilən düyünün dəyəri 34,8 milyon dollar olub.
Qarğıdalı idxalında da artım baş verib. Bu müddətdə 19,2 milyon dollarlıq 65,3 min ton qarğıdalı idxal olunub. Ötən ilin eyni dövründə isə məbləği 18,2 milyon dollar olan 51,6 min ton qarğıdalı idxal edilib.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26