Interposta.Info

Tonlarla pomidor sahələrdə çürüyür: “Kiloqramını 10 qəpiyə satırıq, alan yoxdur” - VİDEO

İqtisadiyyat / Manşet
 26-07-2023, 09:12     511

Tonlarla pomidor sahələrdə qalıb çürüyür.

"İnterPosta" xəbər verir ki, söhbət Masallı rayonunun Sərçuvar və Viləş kəndlərindən gedir.

Bu kəndlərdə fermerlər sahələrdən yaxşı, bol məhsul əldə etdiklərini, məhsulun satışının isə zəif olduğunu bildiriblər:

“Hazırda pomidorun 30 kiloqramlıq yeşiyi üç manata satılır. Kiloqramını 10 qəpiyə satsaq da, alan yoxdur”.

Onlar bildiriblər ki, havaların qeyri-sabit keçdiyi vaxtlarda yağıntının çox olması da pomidora xeyli ziyan vurub.
Masallı Dövlət Aqrar İnkişaf Mərkəzindən məsələ ilə bağlı bildirilib ki, problemin yaranmasına əsas səbəb rayon ərazisində saxlama kameralarının, eləcə də kombinatın olmamasıdır.

Qeyd edilib ki, rayonda 2023-cü ildə 535 hektar ərazidə pomidor əkilib. Bu da keçən ilə nisbətən 10,5 hektar çoxdur.

Daha ətraflı süjetdə:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26