Interposta.Info

Şabranda qeyri-adi pomidor yetişdi -

Ölkə
 11-07-2017, 07:24     581

Şabranda fermerler maraqlı faktla üzləşiblər.
interposta.info
xəbər verir ki, pomidor toxumu əkən təsərrüfatçıların sahəsində qeyri-adi məhsul yetişib. Şabranın Rəhimli kəndində təsərrüfatla məşğul olan Rəşad Novruzov bu il 1 hektar ərazidə pomidor becərib. Pomidorun Sultan növünü paytaxtdan gətirən fermer məhsulu yetişdirərkən dərman və kimyəvi preparatlardan istifadə etmədiyini bildirir.
O, ilk dəfədir ki, belə halla qarşılaşdığını bildirib: "Bu il pomidor şitili əkmişdik. Qeyri-adi pomidor nəzərimizə dəydi. Biz də istədik ki, xalqımız bu pomidorları görsün. Pomidorun toxumunu Maştağadan almışdım. Geninin dəyişdirilməsi üzündən belə olmasını düşünürəm".
Pomidorun qeyri-adi yetişməsi onun məhsuldarlığına mənfi təsir göstərməyib. Təsərrüfatçı qeyri-adi pomidor toxumunu alaraq artırmağı düşünür. (ARB TV)

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26