Interposta.Info

Etilen-Polietilen zavodunda baş verən yanğın zamanı bir nəfər xəsarət alıb - SOCAR

İqtisadiyyat
 13-06-2023, 14:28     399

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda Qaz məhsullarının qəbulu və buraxılışı sahəsində yanğın baş verib.

Bu barədə "İnterPosta"-ya "SOCAR Downstream Management" MMC-dən məlumat verilib.

Bildirilir ki, ilkin ehtimala görə yanğın xammal tutumunda baş verib.

"Yanğın qeydə alındıqdan sonra Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hazırda müvafiq soyutma tədbirləri fasiləsiz olaraq davam etdirilir.

Yanğın zamanı bir nəfər yüngül xəsarət alıb. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək", - məlumatda deyilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26