Interposta.Info

Alban futbolçu Azərbaycanda məhkəməyə verildi (SƏBƏB)

İqtisadiyyat
 15-04-2023, 13:55     348

"Neftçi” futbol klubun keçmiş oyunçusu Bruno Teluşi barəsində xüsusi icraat qaydasına ərizə ilə məhkəməyə müraciət edilib.

"İnterPosta"xəbər verir ki, ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsidir.

Ərizədə Bruno Teluşinin ölkədən getmək hüququnun məhdudlaşdırılması istənilir. Bu fakt futbolçunun külli miqdarda vergi borcu olmasına şübhələri artırır.

İş Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovun icraatındadır. 25 aprel 2023-cü il tarixə iş üzrə məhkəmə baxışı iclası təyin edilib.

Qeyd edək ki, "Neftçi" Bruno Teluşini 2020-ci ildə Albaniyanın "Kukesi" klubundan icarəyə götürüb. Yarımmüdafiəçi 2020/21 mövsümündə "ağ-qara" formanı 11 oyunda geyinib və 688 dəqiqə oynayıb. 32 yaşlı alban futbolçu "Neftçi"dən Albaniyanın "Eqnatia" klubuna keçib. Hazırda isə bu ölkənin "Partizani" klubunda çıxış edir.\qayarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26