Interposta.Info

Bu sürücülər cərimələnəcək (MƏBLƏĞ)

İqtisadiyyat
 15-11-2022, 10:05     91

Yüksək musiqi sədaları altında maşın idarə edən sürücülər böyük məbləğdə cərimə edilə bilərlər.
Həmin şəxslər 150 manatdan 2500 manatadək məbləğdə cərimə oluna bilərlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Xəzər Xəbər”ə bildirilib ki, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan ifa etməyə, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə-fiziki şəxslərə yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslərə iki min manatdan iki min beş yüz manatadək məbləğdə inzibati tənbeh tədbiri tədbiq edilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26