Interposta.Info

Ukrayna yazılı zəmanət verdi, "Taxıl dəhlizi” bərpa olundu - Ərdoğandan açıqlama

 

İqtisadiyyat / Manşet
 2-11-2022, 16:35     130

"Ukrayna limanlarından humanitar dəhlizlə taxıl ixracı bərpa edilib".

Türkiyə lideri həmçinin bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ilə "taxıl sazişi”ni müzakirə etmək niyyətində olduğunu bildirib.

Rusiya Müdafiə Nazirliyi də bununla bağlı açıqlama yayıb. Bildirilib ki, Rusiya Qara dəniz "Taxıl sazişi”ndə iştirakını bərpa edir. Qeyd edilib ki, Rusiya Ukraynadan taxıl dəhlizindən Rusiya Federasiyasına qarşı hərbi əməliyyatlar üçün istifadə etməməklə yazılı zəmanət alıb:

"Ukrayna rəsmi şəkildə əmin edib ki, dəniz humanitar dəhlizindən yalnız Qara dəniz təşəbbüsünün müddəalarına uyğun istifadə olunacaq”.

Qeyd edək ki, bu gün Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov vurğulayıb: "Taxıl sazişi”nin icrası davam edir, noyabrın 3-də Ukrayna limanlarını ərzaqla daşıyan 8 gəmi tərk edəcək.

İnterPosta.info xəbər verir ki, məlumatı "Anadolu"ya yayıb.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26