Interposta.Info

Türkiyə Ukraynadan taxıl idxalında liderdir

Dünya
 17-08-2022, 14:52     307

Türkiyə Ukraynadan taxıl idxalında liderdir.

Qaynarinfo xəbər verir ki, bu haqda "Anadolu” agentliyi BMT-nin İstanbuldakı Taxıl Koordinasiya Mərkəzinin yaydığı məlumatlara istinadən məlumatında deyilir.

"Qlobal ərzaq böhranı və artan ərzaq qiymətlərinin aradan qaldırılması üçün Türkiyə və BMT-nin vasitəçiliyi ilə imzalanan razılaşmaya uyğun olaraq, Ukraynadan ixrac edilən taxıl və digər ərzaq məhsullarının 26 faizi Türkiyəyə çatdırılıb. Məlumata görə, BMT-nin Türkiyənin İstanbul şəhərindəki Koordinasiya Mərkəzi tərəfindən açıqlanan Ukraynadan taxıl və taxıl məhsulları idxalının 26 faizi ilə lider mövqe tutur”, - deyə agentlik yazır.

Bildirilir ki, avqustun 1-dən avqustun 15-dək Ukraynanın Odessa, Çornomorsk və Yujnı limanlarından 563 min tondan çox taxıl və digər ərzaq məhsulları daşıyan 21 quru yük gəmisi çıxıb.

Agentlik əlavə edir ki, Türkiyəni Ukraynadan taxıl idxalının 22 faizi ilə İran və Cənubi Koreya izləyir. Ukrayna taxılının 8%-i Çinə, 6%-i İrlandiyaya, 5%-i İtaliyaya, 4%-i Cibutiyə, 2%-i Rumıniyaya göndərilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26