Interposta.Info

Türkiyə axır ki nail oldu: Ukrayna taxılı blokadadan çıxarılır - Saziş

Dünya
 22-07-2022, 15:12     246

İstanbulda imzalanacaq taxıl dəhlizi ilə bağlı saziş dünya bazarlarına ən azı 25 milyon ton taxıl çıxarmağa imkan verəcək.

"İnterPosta" xəbər verir ki, bu barədə cümə günü TASS müxbirinə İstanbuldakı mənbə məlumat verib.

"Birinci mərhələdə güman edilir ki, bu gün İstanbulda imzalanacaq saziş sayəsində Ukrayna limanlarında qalan ərzaq daşıyan gəmilər blokadadan çıxarılacaq. Onların sayı təxminən 80-dir. Bizim hesablamalarımıza görə, bu mexanizm işə salındıqdan sonra Ukrayna yaxın həftələrdə dünya bazarlarına təqribən 25 milyon ton taxıl çıxaracaq”, - mənbə bildirib.

Öz növbəsində, Habertürk telekanalı Türkiyə və Rusiyadan taxılla bağlı müqavilənin iki ölkənin hərbi idarələrinin rəhbərləri tərəfindən imzalanacağını bildirib. Telekanal xəbər verir ki, Rusiyanın müdafiə naziri artıq İstanbula gəlib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26