Interposta.Info

BMT Baş katibi Türkiyədədir
 

Dünya
 20-08-2022, 16:22     396

BMT Baş katibi Antonio Quterreş İstanbula gedib.

"İnterPosta"Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Ukraynadan taxıl daşıyan gəmilərdəki yoxlama prosesində iştirak edəcək.


Quterreş daha sonra taxıl ixracı ilə bağlı yaradılmış Birgə Koordinasiya Mərkəzində olacaq.

Qeyd edək ki, daha öncə Quterreş Ukraynaya səfəri çərçivəsində Odessa dəniz limanında olub. O, İstanbulda imzalanmış taxıl sazişi çərçivəsində 10 ton Ukrayna taxılının yükləndiyi gəmiyə baxış keçirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26