Interposta.Info

Azərbaycan neftinin qiyməti 120 dollara düşdü

İqtisadiyyat
 12-07-2022, 11:39     389

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti azalıb.

Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,15 ABŞ dolları və ya 0,9% azalaraq, 120,1 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26