Interposta.Info

Azərbaycan neftinin qiyməti 109 dollara düşdü

İqtisadiyyat
 20-04-2022, 09:47     127

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti azalıb.

"İnterPosta" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,54 ABŞ dolları və ya 0,49% azalaraq, 109,76 dollar təşkil edib.

Dünən "Brent” markalı neftin bir bareli 107,26 ABŞ dolları olub.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26