Interposta.Info

Gürcüstan səfiri Azərbaycanla quru sərhədinin açılması ilə bağlı danışdı

İqtisadiyyat / Manşet
 29-06-2022, 12:04     457

"Azərbaycanın Gürcüstanla quru sərhədini açacağına ümid edirik".

"İnterPosta" "Report"a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Gürcüstan biznes-forumunda qonşu ölkənin səfiri Zurab Pataradze bildirib.

O həmçinin deyib ki, quru sərhədlərinin bağlı olması fonunda iki ölkə arasında aviasiya əlaqələri getdikcə artırılır və "Azərbaycan Hava Yolları" QSC (AZAL) gələn aydan etibarən Bakıdan Tbilisiyə həftədə 3 dəfə reyslər həyata keçirəcək.

Qeyd edək ki, Bakı-Tbilisi aviareyslərini AZAL-ın aşağı büdcəli törəməsi "Buta Airways" də gündəlik yerinə yetirir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26