Interposta.Info

"Azəriqaz"da "Açıq mikrofon" aksiyası davam edir

İqtisadiyyat
 21-06-2022, 11:41     380

"Azəriqaz" İstehsalat Birliyinin "Açıq mikrofon" aksiyası davam edir.

"İnterposta"xəbər verir ki, bu dəfə "Səyyar qəbul otağ"ı Quba rayonu, Xanagahyolu kəndində təşkil olunacaq.

İyunun 24-də saat 11:00-dan 12:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək. Vətəndaşlar "Açıq mikrofon" aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26