Interposta.Info

Şəhid ailələri və qazilər “Azəriqaz” rəhbərliyinə müraciət etdi (FOTO)

Ölkə
 10-09-2021, 17:48     366

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Bərdə rayonunun Güloğlular kəndində təşkil etdiyi "Açıq mikrofon" aksiyasına xeyli sayda vətəndaş qoşulub.

"İnterPosta" "Azəriqaz”a istinadən xəbər verir ki, "Səyyar qəbul otağı"nın imkanlarından istifadə edən sakinlər "mavi yanacağ”ın olmamasından əziyyət çəkdiklərini bildiriblər.

Aksiyada iştirak edən şəhid ailələri və qazilər Birliyin rəhbərliyinə müraciət edərək qış mövsümünədək qazlaşmanın reallaşdırılmasını xahiş ediblər.

Qeyd edək ki, bu, sayca 11-ci "Açıq mikrofon" aksiyasıdır. İşlər bundan sonra da davam etdiriləcək.





İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26