Interposta.Info

Sabah “Azəriqaz”da “Açıq qapı” aksiyası keçiriləcək

Ölkə
 3-03-2022, 17:21     426

Sabah saat 11:00-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti "Açıq qapı” aksiyası keçiriləcək.

"İnterPosta"-nın "Azəriqaz”a istinadən verdiyi məlumata görə, aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.

Tədbirdə bu ilin fevral ayının yekunlarına dair hesabat təqdim olunacaq, vətəndaşların sualları canlı yayımda cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir. Sualları baş direktor Ruslan Əliyev cavablandıracaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26