Interposta.Info

Bakıda bu evlərin kirayə haqqı bahalaşıb - QİYMƏTLƏR

İqtisadiyyat
 1-06-2022, 14:40     373


Bakıda fərdi yaşayış və bağ evlərinin kirayə qiyməti artıb.

"İnterPosta" Trend-ə istinadən xəbər verir ki, aprel ayı ərzində fərdi yaşayış və bağ evlərinin kirayə qiyməti 2,51 faiz bahalaşıb.

Bahalı evlərin kirayə qiyməti 2965 manat, orta evlərin kirayə qiyməti 834 manat, ucuz evlərin kirayə qiyməti isə 299 manat təşkil edib.

Fərdi yaşayış və bağ evlərinin kirayə haqqının bahalaşması yay fəsli ilə bağlı bu evlərə olan tələbatın artması ilə əlaqələndirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26