Interposta.Info

Kirayə yolla satılacaq mənzillərin qiyməti açıqlandı - REKORD MƏBLƏĞ

İqtisadiyyat
 20-01-2020, 09:32     944

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən kirayə üsulu ilə satılacaq mənzillərin qiymətləri də məlum olub.

"İnterPosta" fed.az-a istinadən məlumatına görə, mənzillərin qiyməti Bakının hansı yerindən asılı olmayaraq, demək olar ki eynidir və 1850 manat ətrafında dəyişir.

Belə ki, Xətayi rayonunda, Gəncə prospektində sahəsi 96,7 kv. metr olan mənzilin satış qiyməti 178,1 min manatdır. Başqa sözlə, mənzilin bir kv. metri 1841 manata başa gələcək. Belə mənzili 25 illik, yəni 300 aylıq müqavilə ilə kirayə götürmək üçün ödəniş haqqı 594 manat, ilkin ödəniş isə 7122 manat təşkil edəcək.

Elə həmin ərazidə sahəsi 86,4 kv. metr olan mənzilin qiyməti 159,1 min manat, yəni kv. metri 1841 manat təşkil edir. Belə mənzili almaq üçün aylıq ödəniş 530 manat, ilkin ödəniş isə 6364 manatdır.

Məlumata görə, 102,6 kv. metrlik evin qiyməti isə 188,9 min manatdır. Bu mənzili 300 aylığa almaq üçün aylıq ödəniş 630 manat, ilkin ödəniş isə 7557 manat təşkil edir.

Sahəsi 111,3 kv. metr olan mənzilin qiyməti isə 204 min 954 manatdır. Aylıq ödənişi 683 manat, ilkin ödəniş isə 8198 manat təşkil edir. Başqa sözlə bu ərazilərdəki bütün mənzillərdə kv. metrin qiyməti 1841 manatdır.

Xırdalan şəhərindəki mənzillərin qiyməti də bu həddədir. Belə ki, Xırdalanda sahəsi 68,3 kv. metr olan 1 otaqlı mənzilin qiyməti 127,3 min manatdır. Bu mənzilin kvadratmetri 1863 manat təşkil edir.

Xatırladaq ki, sözügedən mənzillər əhaliyə tam təmirli şəkildə satılacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26