Interposta.Info

Pensiyalar bu tarixdə tam ödəniləcək

İqtisadiyyat
 11-05-2022, 13:26     582

Respublika üzrə may ayının pensiyalarının ayın 13-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Bu barədə "İnterPosta"ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26