Interposta.Info

Bu tarixdə Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar artımla ödəniləcək

 

İqtisadiyyat
 9-02-2022, 11:11     443

Fevralın 10-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub.

Bu barədə "İnterPosta"ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd olunub ki, bu ilin 1 yanvar tarixindən etibarən tətbiq olunan pensiya artımının yanvar ayı üçün olan artımı fevral ayının pensiyası ilə birgə ödəniləcək.

Bundan başqa 2022-ci il üzrə verilməsi nəzərdə tutulan 200 manat maddi yardım rüblər üzrə bölünəcək və yardımın ilk 50 manatı da fevral ayının pensiyasının üzərinə əlavə olunacaq.

Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

Azərbaycanda bu xəstəxanada qanunsuz əməllərin üstü açıldı

Azər Həsrətə ağır itki - 40 gündə iki qardaşı vəfat etdi

Bakıda özünü qatarın altına atan qadının şəxsiyyəti məlum oldu

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26