Interposta.Info

Rusiya XİN: "Rusiya Azərbaycanın aparıcı iqtisadi tərəfdaşları sırasında qalır"

İqtisadiyyat / Manşet
 25-04-2022, 10:30     293

Rusiya XİN: "Rusiya Azərbaycanın aparıcı iqtisadi tərəfdaşları sırasında qalır"

"Rusiya ilə Azərbaycan arasında bütün ticarətin təxminən 30 %-i rublla aparılır. Bütövlükdə, Rusiya-Azərbaycan iqtisadi münasibətlərinin arxitekturasının özü də xarici mənfi amillərə o qədər də məruz qalmayıb və qeyri-standart vəziyyətlərə tez uyğunlaşır”.

"İnterPosta"xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar "RİA Novosti”yə müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya Azərbaycanın aparıcı iqtisadi tərəfdaşları sırasında qalır:

"Rəsmi Moskva Qərbin davranışlarından yaranan riskləri azaltmaq üçün vaxtında tədbirlər görərək Azərbaycanla milli valyutalarda hesablaşmalara daha fəal keçməyə başlayıb. Rusiya Azərbaycanın aparıcı iqtisadi tərəfdaşları sırasında qalır və Azərbaycan neft məhsullarının idxalçıları arasında birinci yerdədir".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26