Interposta.Info

Rusiya səfirliyinin müşaviri:

Siyasət
 13-04-2017, 16:34     447

"Azərbaycan Rusiyanın vacib strateji tərəfdaşıdır".

"Report" xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfirliyinin müşaviri-elçisi Oleq Muraşyov "Qazprombank"ın Bakıda təşkil etdiyi biznes missiyada çıxışı zamanı deyib.

"Əməkdaşlığımız dostluq və etimad prinsiplərinə, eləcə də bir sıra məsələlər ətrafında fikirlərin üst-üstə düşməsinə əsaslanır. Bir-birimizin suverenliyinə hörmət edirik. Münasibətlərimizdə praqmatik və realist yanaşma müşahidə edilir", - deyə o bildirib.

Səfirliyin müşaviri Azərbaycanla Rusiya arasındakı diplomatik əlaqələrin geridə qalan 25 ilini ibrətamiz və maraqlı təcrübə kimi xarakterizə edib.
O, Azərbaycan və Rusiya prezidentləri arasında etimadlı dialoqların münasibətlərə birbaşa təsir etdiyini vurğulayıb.

Diplomat, həmçinin Rusiyanın 2016-cı ildə Azərbaycanın ticarət tərəfdaşları arasında ikinci yeri tutduğunu, qeyri-neft sektorunda isə birinci olduğunu diqqətə çatdırıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26