Interposta.Info

3 ədədi 11 manata satılan toyuğun mənşəyi məlumdur? - VİDEO
 

İqtisadiyyat
 20-04-2022, 10:04     289

Bakıda fəaliyyət göstərən bazarların girişində, eləcə də ayrı-ayrı ərazilərdə avtomobillərin yük yerində 3 ədədi və ya 3 kiloqramı 11 manata təmizlənmiş toyuqlar satılır. Marketlərdə toyuq ətinin 1 kiloqramı isə 5 manatadan baha satılır. Ucuz qiymətə satışa çıxarıla toyuqların mənşəyi məlumdurmu?

İnterPosta.info
xəbər verir ki, normal daşınma və satış şəraitinə əməl olunmasa da, bu toyuqların alıcıları kifayət qədərdir.

Həmin toyuqların satışı ilə məşqul olan şəxs hesab edir ki, toyuqların ucuz olmasının səbəbi keyfiyyətlə bağlı deyil.

Satıcıların təriflə satdığı, alıcıların bəh-bəhlə aldığı bu məhsul ilə əlaqədar Qida Təhlükəsizlik Agentliyinin (AQTA) mətbuat katibi Aysel Fərziyeva "Xəzər Xəbər"ə bildirib ki, istehlakçılar məhsulun saxlanma şəraitinə mütləq diqqət etməlidirlər.

Onun sözlərinə görə, əgər vətəndaşların bu məhsullarla bağlı hər hansı şübhələri olarsa bu barədə AQTA-nın 1003 çağırı mərkəzinə müraciət edə bilərlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26