Interposta.Info

Bakıda bazarlarda leş toyuqlar satılır? – Rəsmi qrumdan şok iddia (VİDEO)

Ölkə
 6-06-2018, 18:21     10 553

“Hətta ölmüş toyuqlar belə satışa çıxarılır!”

Minval.info-nun məlumatına görə, “Space” Tv-nin efirində yayımlanan “Olar? Olmaz!” verilişində bu dəfə də bazarlarda satılan açıq toyuq ətləri ilə bağlı məlumatlar tamaşaçılara təqdim edilib.

Teleaparıcı Amil Xəlil bir neçə bazarlara üz tutub. Açıq formada günün altında satılan toyuqların görüntülərini təqdim edən Amil Xəlil bazarlarda antisanitar vəziyyəti tamaşaçılara göstərib. O əsasən 8 km ərazisində bu cür halların yaşandığını xüsusi olaraq qeyd edib.

Daha sonra Azad istehlakçılar birliyinin sədri Eyyub Hüseynov açıqlama verərək məsələnin ciddiliyinə diqqət çəkib. Onun sözlərinə görə, hazırda ölkə bazarlarında ölü toyuq ətlərinin belə satışa çıxarıldığı ərazilər var.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26