Interposta.Info

"Azeri Light" markalı neftin qiyməti ucuzlaşmaqda davam edir

İqtisadiyyat
 30-03-2022, 10:49     226 043

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti azalıb.

"İnterPosta" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 4,4 ABŞ dolları və ya 3,75% azalaraq 112,88 dollar təşkil edib.

Dünən "Brent” markalı neftin bir bareli 111,027 ABŞ dolları olub.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26