Interposta.Info

Azərbaycan nefti 7 dollara yaxın ucuzlaşdı

İqtisadiyyat / Manşet
 29-03-2022, 11:42     251

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti azalıb.

"İnterPosta" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 6,59 ABŞ dolları və ya 5,3% azalaraq 117,28 dollar təşkil edib.

Dünən "Brent” markalı neftin bir bareli 108,08 ABŞ dolları olub.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26