Azərbaycan nefti kəskin ucuzlaşdı
Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti azalıb.
"İnterPosta" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 6,5% və ya 8,87 dollar azalaraq 127,12 dollar təşkil edib.
Dünən "Brent” markalı neftin bir bareli 113,93 ABŞ dolları olub.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26