Interposta.Info

Socar Ukraynaya pulsuz benzinlə yardım edəcək

 

İqtisadiyyat / Dünya / Manşet
 27-02-2022, 01:26     353

"SOCAR Energy Ukraine" təcili tibbi yardım və yanğınsöndürən avtomobillərinə pulsuz yanacaq verəcək.

"İnterPosta" xəbər verir ki, SOCAR-ın vitse-prezidentinin müavini İbrahim Əhmədov feysbuk səhifəsində yazıb.

"Ukraynada fəaliyyət göstərən "SOCAR Energy Ukraine" şirkəti, humanizm prinsiplərini rəhbər tutaraq, təcili tibbi yardım və yanğınsöndürən xidmətinin avtomobillərinə pulsuz yanacaq ilə dəstək verəcək", - paylaşımda deyilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26