Keçmiş nazir müavininə SOCAR-da yüksək vəzifə verildi
Gürcüstanın energetika nazirinin keçmiş müavini Mariam Valişviliyə SOCAR-da yüksək vəzifə verilib
APA xəbər verir ki, M.Valişvili SOCAR-ın Gürcüstandakı törəmə şirkəti olan “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədovun müşaviri təyin olunub. M.Valişvili artıq vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, M.Valişvili 2008-ci ildən 2017-ci ilədək energetika nazirinin müavini vəzifəsində çalışıb.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26