Interposta.Info

Kriptovalyutaların taleyi necə olacaq? - AÇIQLAMA

İqtisadiyyat
 21-05-2021, 17:11     935

Zaman keçdikcə pul inkişaf edən texnoloji nailiyyətlər sayəsində yeni və daha geniş imkanlara malik ödəniş vasitəsinə çevrilir. Bunlardan biri də kirptovalyutalardır.

Kriptovalyuta hər hansı dövlətin siyasətindən, qanunlarından, pul vahidindən aslı deyil və heç bir qurum tərəfindən tənzimlənmir. Onun qiyməti bazarda tələb-təklif əsasında müəyyən olunur və digər ölkələrin valyutası (əsasən ABŞ dolları) ilə mövcud bazar məzənəsinə uyğun mübadilə edilə bilir.

Son zamanlarda kriptovalyuta bazarında qalxıb-enmələr bəzi ölkələrin ondan imtina etməsinə səbəb olub.

Buna görə də istifadəçilərdə kriptovalyuta bazarının taleyi və təhlükəsi ilə bağlı narahatlıq var.

Modern.az-a danışan iqtisadçı Natiq Cəfərli bəzi suallara aydınlıq gətirib.

Onun sözlərinə görə, son zamanlar dünyaca məşhur “Tesla” şirkətinin rəhbəri İlon Maskın bir neçə tvit-i ilə kriptovalyuta bazarında bitkoinin qiymətlər qalxdı:

“Amma sonradan tamamilə əksinə, düşdüyünün də şahidi olduq. Bundan belə bir nəticəyə gəlmək olar ki, bitkoin ciddi bir aktiv deyil. Kriptovalyuta bazarı həddindən artıq dalğalı olduğundan insanların daha çox itirə biləcəyi bir aktivitədir. Dünyada mərkəzi banklar bununla bağlı qərar verməyə başlayıb. İlk ölkə Çin olub, daha sonra iki gün əvvəl Türkiyə Mərkəzi Bankı qərar verdi ki, ölkə ərazisində kriptovalyutaların məhdudlaşdırılmasına gedəcək. Amerika Maliyyə Nazirliyi ölkə ərazisində 10 min dollardan çox ödənişdə istifa olunan kriptovalyutaların mənbəyinin elan olunması məcburiyyəti ilə bağlı qərar qəbul etdi. Bütün bu qərarlar təbii ki, kriptovalyuta bazarına kəskin təsir etdi. Bir müddət əvvəl 64 min dollara yaxınlaşan bitkoinin məzənnəsi bu gün 39 min dollara düşüb. Az qala iki dəfə aşağı düşüb. Hətta bu yaxınlarda ən minumum həddə çatdı. Ehtiyatlı olmaq lazımdır”.

N.Cəfərli kriptovalyuta bazarının perspektivini görmədiyini söyləyib:

“Belə bir sahəyə investisiya etməyin uğurlu olacağını düşünmürəm”.

İqtisadçı sözügedən bazarın Azərbaycana təsirindən də danışıb:
“Azərbaycana ciddi təsiri yoxdur, çünki bu sahə hələ bizdə çox dardır və fərdi şəkildədir. Onlarla insanın iştirak etdiyi bazar olduğundan birbaşa Azərbaycana və onun iqtisadiyyatına çox təsiri olmayacaq”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26