Interposta.Info

CNBC: Bitkoinin qiyməti 10 min dolları ötəcək

İqtisadiyyat
 21-10-2017, 20:20     10 399

Perspektivdə dünya bazarında bitkoinin qiyməti 10 000 dollar həddini də ötəcək.

"Report" xəbər verir ki, "CNBC" telekanalının 23 118 respondent arasında apardığı sorğudan sonra bu nəticəyə gəlinib.

Analoji proqnozlar bazar iştirakçıları tərəfindən də verilir. Belə ki, bitkoin treyderlərindən olan Mayk Novoqratsa (Mike Novogratz) görə, "kriptovalyutaların qiyməti "köpük" səviyyəsinə qədər yüksələcək. Bundan mənfəətlə istifadə etmək lazımdır".

"Unutmayın ki, "köpük" əsasən dünyanı fundamental şəkildə dəyişən sahələrində baş verir. Tarixdə dəmir yolları səhmlərində, internet şirkətlərində "köpük" yaranıb və bunlar dünyada dəyişiklik yaradıb",- deyə Novoqrats bildirib.

Lakin kriptovalyutalara mənfi yanaşanların da sayı az deyil. ABŞ-ın "JPMorgan Chase" bankının rəhbəri Ceymi Daymon (Jamie Dimon) hesab edir ki, kriptovalyuta böyük bir "dələduzluq"dur. Daymon bildirib ki, öz şirkətində bitkoinlə ticarət edən bankiri işdən qovacaq.

Qeyd edək ki, bitkoinin qiyməti ilin əvvəlindən 6 dəfə bahalaşaraq 6 095 dollara çatıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26